Koreyadan görünən Azərbaycan belədir:
..."İnsan münasibətləri normal inkişaf etməmiş, əməksevərlik adinda bir şey yox (əsas da Bakıda) və ən əsası yalnız dildə olub əməldə olmayan vətənpərvərlik hissiyyatı"...
“Hər şey haqqında” bloqunda Ramin Həsənəlizadə belə bir ənənə yaratmışdı. Maraqlı görünən bloq idarəçilərindən müsahibə götürürdü.
Bu həm bloqlar (bloqçular) arası ünsiyyətin atrmasına, həm də azəribloq istifadəçilərinin bir-birlərini daha yaxından tanımasına kömək edirdi.
Oazisdə ilk kərə bu ənənədən yararlanıb, uzaq şərqdəki bir soydaşımızı, istedadlı bir gənci bütün dostlara təqdim etmək istədim.
Həmsöhbətimiz (qiyabi) Koreyada təhsil alan tələbə, www.faydali.tk bloqunun idarəçisi Emil Abbasovdur:
- Necə oldu ki, Koreyaya gedib çıxdınız?
- Usaqliqdan bəri xaricdə oxumaq istəmişəm. O da elə oldu ki qəbul imatahanlarinda 700 bal toplayib ölkədə ilk dəfə rekord vurmuşh oldum. Sonra xaricə sənəd verdim və mənə təklif olunan ölkələr arasindan da Koreyanı seçdim. Çunki ixtisasima uyğun gələn digər bir münasib ölkə yox idi.
- Koreyada azərbaycanlı tələbələr çoxdularmı? Onlarla ünsiyyətiniz, münasibətləriniz yetərincədimi?
- Mən gələndə Koreyada azərbaycanlı tələbə elə də cox deyildi. Ama sonra sel kimi axin başladi bura və indi də davam edir. Bu günə hardasa 100 nəfər civarinda olarıq.
- Orda dil öyrənmək, başqa dildə təhsil almaq, fərqli mədəniyyətə uyğunlaşmaq çətinlik törədirdi?
- Burda dil oyrenmek cox superdi, xususilə də azeriler ucun, çünki biz koreyalıların demek olar bütün tələffüzlərini dəqiqliklə edə bilirik. Siz təsəvvür edin ki, Koreyalı qizla telefonda 10 dəqiqə danisiram, özüm axirda deməsəm ki mən xariciyəm, heç ruhu da duymaz. Mədəniyyətə uyğunlaşmaq deyəndə ki, bunlarin mədəniyyəti cox stabildir: "dəymə mənə dəyməyim sənə" prinsipi ilə yaşayırlar. Mənə elə gelir ki, əksinə Koreyalılar üçün cooox çətin olar Azərbaycanda təhsil almaq, əsas da Koreyalı qizlar ucun...
- Başqa ölkələrdə təhsil alan azərbaycanlı gənclərlə əlaqələriniz varmı?
- Başqa ölkələrdə təhsil alan azəri dostlarim var, ama elə də çox deyil. Ama başqa ölkələrdə yaşayan xarici dostlarim çoxdur.
- Koreyadan görünən Azərbaycan?
- Koreyadan görünən Azərbaycan? ... Bu sözleri yazmaq istəməzdim, ama əgər bilmək istəsəniz, burdan görünən Azərbaycanı, onda ürək ağrısı ilə də olsa yazim.
Fiziki yox, mənəvi cəhətdən çox kiçik, təhsil adinda bir şeyi olmayan, insan münasibətləri normal inkişaf etməmish, əməksevərlik adinda bir şey yox (esas da Baki) və ən əsası yalniz dildə olub əməldə olmayan vətənpərvərlik hissiyyati...
- Vətənə dönmək istəyiniz varmı? Ya gününüz xoş keçən yer üstündü?
- Vətənə dönmək istəyim var deyəndə ki, təhsili bitirəndən sonra, istədim ya yox 5 il Azərbaycanda məcburi işləmək barədə müqaviləyə imza atmişam. Ama hərhalda, o sənəd olmasa belə dönərdim təbii ki. Vətənim mənim hər şeyimdi, onun üçün canimi da verərəm, ora həmişə getmək istərəm, ama iş yerinə gəldikdə ayrı cürə düşünürəm. Mən xaricdə işləmək istərəm, ən azindan özümü öz sahəmin həqiqi mütəxəssisi kimi hiss edənə kimi. Sonra isə yenə də Vətənə qayıdıb orani da yüksəltmək istərdim.
-Koreyanın xalqı, milli ənənəsi, orda yaşayan millətlər, sənə maraqlı və qəribə görünən adətləri, vərdişləri?
-Koreya xalqı tarix boyu çinlilər və yaponlardan zərbələr almış, 1950-ci ildə iki yerə parçalanmiış bir xalqdir. Ama sonra heç bir milli sərvətə malik olmayan bu xalq öz ölkəsini elmin və əməksevərliyin nəticəsində ayağa qaldirdi. Ənənələrinə gəldikdə isə, bu çox uzun mövzudu, qisaca onu deyim ki, burda yaşa görə təbəqə var və hər yaşa uyğun öz danışıq formaları var. Koreya dili dünyada bəlkə də yeganə dillərdəndi ki, bu dildə “POLITE FORM” deyilen şey nə qədər inkişaf edib... Burda yaşayan millətlərdən ilk növbədə çinlilər, sonra isə yapon, amerikanlar, özbəklər çoxdu. Qəribə adətleri çoxdur, ama bu barədə növbəti dəfə geniş danışarıq.
Açar sözlər: azərbaycan koreya tələbə gənc polite-form
Şərhlər
Aytən,
xoş gördük. Uzun zaman idi ki, Oazisi təzələyə bilmirdim.
Dostlara da baş çəkəməyə macal olmurdu.
Vətənə gəlincə... nə deyim, hər sözümüz sadəcə özümüzə təsəllidi...
salam Mehin, sevindim sənin yeni yazini görməyə.. ümid edirəm yaxşısan.
niye deyir ki Koreyali qizlara cetin olar Azerbaycanda?? Yəni cox gözəl olurlar ona görə??
Koni salam.
Yaxşı olmağa çalışıram...
Dədə Qorqud diliynən desək, İnşallah çox keçməz, yenə sevindirrəm sizləri.
Sənin sualına Emil özü cavab versə yaxşıdı. Görək haçan gəlib çıxar.
Salam Mehin,
Uzun aradan sonra səni xoş gördük. Bu ideyada həqiqətən əladır. Koreyada təhsil alan tələbəyə də uğurlar arzulayıram. Həqiqətən də bu ölkədən çıxıb xaricə ayaq basan geri dönmək istəmir. Amma vaxtilə Ağaoğlu, Xoyskilər, Topçubaşovlar, Hüseynzadələr və neçə milli düşünürlərimiz də xaricdə təhsil alıb vətənə döndülər və tarix yazmağı bacardılar bu ölkədə. İnşallah xaricdə təhsil alan tələbələrimizə də bu qismət olar və ümumi fonda ölkəmiz inkişaf etmiş olar.
Hər kəsə uğurlar.
Elli, xoş gördük səni də.
Hamımız ümidimizi gənclərə və xüsusən də tələbə gənclərə bağlayırıq...
Emili tanıdınız, daha bloquna baş çəkib özüylə də dostlaşarsınız.
selamlar,
hoş geldiniz, özlettiniz kendinizi...
sağlıkla kalın.
Salm Mehin xos geldin.Sevindim yeni yazini gorunce ugurlu bir yazidir.Davamli olar insallah.Tesekkur.
İyun 24, 2009 17:08
Salam Mehin ..Movzunu bəyəndim
..Keçim mətləbə-əslində Koreyadan görsənən Aəzrbaycana təəccüb etmədim..Belə görsənməsi normaldır ..Hələ orda Azərbaycan adlı ölkəni tanıyırlarsa bu irəliləyiş sayıla bilər...telebe dostumuzun dediyi kimi 100 civarında tələbə var ...fiziki şəxslərin də orda yaşamasına inanmıram ...olsa olsa o da 200 nəfər olar ..Bu rəqəmlər bizləri orda necə tanımaqlarına yetər ..necə deyərlər bir ölkə haqqında məlumata malik olmayınca düşünmürəm ki onun haqda lüks fikirlərdə olsun ....Tanıtmaq lazım ölkəni ...
...Yenə də çox sağ olsunlar ki KOreyadan tələbə olaraq Azərbaycanın təmsilində rol oynamağı bacarırlar ...Halal olsun !!!!!
Emil Azərbaycan üçün yetişir. Belələri artdıqca bizim həyatımız da dəyişəcək. Özü də çox yox min belə gənc bəsdir Azərbaycan üçün. Uğurlar!
Mehin, sən də sağ ol təqdimat üçün.
Kırlağıç,
əleykümsalam. Ötən yazıda sorduğunuz xəritəni tapmaq müşkülə çevrilib. Kitabların içərisində var, ama ayrıca satılanını tapmaq olmur.
Berra, çox sağ ol.
Vüqar,
ölkəni tanıtmaq üçün mütləq ölkədən kənara çıxmaqmı lazımdırdır?
Filosof,
min belə bir gənc... Allah yetirsin.
Salam əziz həmyerlilərim, sizə Koreya Respublikasından öz salamlarımı çatdırıram. Dəyər verdiyiniz üçün təşəkkür.
Koni, ona görə elə yazmışam ki, bizim Azəri oğlanlarımızın büyük bir əksəriyəti bir xarici görən kimi o dəqiqə hansısa yolla lağa tutmağa başlıyır.Hələ o ki qaldı bir Korealı qız görələr bax onda əsl lağmata başlar.Ama burda təsəvvür edin ki lağ nədi e, heç həmən xarici barəsində söhbət belə etmirlər...Belə.
Bu söz məni həm hiddətləndirdi həm d
sakitləşdirdi : ..."İnsan münasibətləri normal inkişaf etməmiş, əməksevərlik adinda bir şey yox (əsas da Bakıda) və ən əsası yalnız dildə olub əməldə olmayan vətənpərvərlik hissiyyatı"... ---Elədiki var inan ki belə şeyə görə Azərbaycanı bu vəziyyə
tə salanları qınayıram və acı olsada deyirəm utanıram! Çünki biz belə vəziyyətdə olmalı deyilik....!
Koreyada oxuyan tələbələr Azərbaycanın problemlərini belə açıq və aydın şəkildə görə bilirlərsə, bu heç də pis deyil. Yüksək texnologiyalı təhsil siteminə malik olan bu ölkədən qayıtdıqdan sonra onlar bir mütəxəssis kimi cəmiyyətimizin problemlərinin həllində daha yaxından iştirak edə biləcəklər.
İyun 26, 2009 7:27
Salam Emil.
Həmyerlilərin dəyər verməklə yanaşı ümidlə gözləyir.
Bilinməyən,
layiq olduğumuzu da özümüz gərək qazanaq.
Mikayıl bəy, İnşallah.
Sevinc xanım, xoş gəldiniz.
Canlı şəkildə ,üzbəüz ,onların ölkələrində tanıtmağın effekti daha çoxdur ...İnsanlarda eqo güclüdür..Xarici birisinə onun öz ölkəsində sənin öz ölkən haqda danımaq onu daha çox maraqlandırır ...Eyniylə Bakıya gələn bir Yapon turistdən canlı olaraq onun ölkəsi haqda məlumat aldığın kimi ...Sən də o turistin verdiyi məlumatlardan təsirlənərək blogunda bir dənə Azərbaycan dilində Yaponiya haqda post yazırsan və bizlər də ziyarət edərək Yaponiyanın görünməyən gözəlliklərini Azərbaycan dilində oxuyuruq və maraqlı gəlir ...həmin vəziyyətin öz ölkən üçün olanını düşün ..Canlı təsurat oyatmaq başqa bir duyğudur ..Türklər demiş işi sağlam görməyə çalışmaq lazımdır ..düzdür informasiya əsridir ..oturduğun yerdən ,internetlə də ölkəni tanıda bilərsən ...Ama bu adi bir hal alıb artıq ..Bu dəqiqə firmaların özləri də öz mallarını tanıtmaq üçün xalqın içinə qatıılır ,canlı şəkildə tanıtımlara baş vururlar ...Təbii ki ölkəni tanıtmaq üçün mütləq ölkədən qırağa çıxım deyə bir qayda da yoxdur ..Sadəcə ölkədən qıraqda daha effektli alınır deyə düşünürəm ...
İyun 26, 2009 23:30
Hər birinizin ürəyincə ola biləcək sayt ! Saytımızda sizlərin hər cür reklam verməsi üçün şərait yaradılıb. Buyurun sizdə istifadə edin. Peşman ol-maz-sı-nız...
www.elanlar.tk
Hörmətli bloqçu dostlar !!!
Biz bir neçə bloqçu tanıçlar olaraq bu qızmar yaya ərəfəsində növbəti aksiyamızı keçirmək qərarına gəldik. Belə ki, Aynuranın blogunun (aynura.azeriblog.com) təşəbbüsü ilə blogçu dostlarla görüş təşkil etmək istəyirik. Hamımızı bu günə kimi bir-birimizi virtual tanıyıb bilik və təcrübələrdən birlikdə faydalanmışıq. lakin indi canlı bir-birimizi daha yaxından tanımaq qərarına gəldik. Belə ki, ilkin razılığını verənlər qoşula bilərlər. Normal sayda blogcu dostlar yığıldıqdan sonra, yəni razılıq verdikdən sonra görüş yeri və vaxtını təyin edə bilərik. Hamınızı bu işdə aktiv olmaga çağırıram. Elə indidən 4 nəfər var artıq. 5-ci buyursun adını yazsın şərhə yazıya əlavə edək.
1. Anar (masonlar.azeriblog.com
2. Hunaltay (mexfilər.azeriblog.com)
3. Aynura (aynura.azeriblog.com)
4. Elnur Məmmədov (students.azeriblog.com)
5. ......................................................?
http://mexfiler.azeriblog.com/2009/07/18/blogchu-dostlarin-diqqetine
Salam canım necəsən? Nə yaxşı gəldin lap darıxmışdım sənin üçün.))
İyun 24, 2009 10:21Vətəni bu günə salnlar görsündə başka millətlərin gözündə necə görünürük.Həqiqətən çox üzücüdür.